“Olimpiakos”un yeni transferi “Qarabağ”ı güclü rəqib adlandırıb

“Rəqiblərimiz güclüdür”.

Milletinsesi.az un məlumatına görə, bunu Yunanıstanın “Olimpiakos” komandasının futbolçusu Hvan Uy Co “To10.gr” saytına müsahibəsində UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri barədə danışarkən deyib.

İngiltərənin “Nottingem Forest” klubundan icarəyə götürülən 30 yaşlı cənubi koreyalı hücumçu ilk dəfə bu turnirdə çıxış edəcəyi üçün həyəcanlı olduğunu bildirib: “Növbəti mərhələyə vəsiqə qazanmamağımız üçün hansısa səbəb görmürəm. Biz də rəqiblər qədər güclüyük. Qrup matçlarınadək təkmilləşməli, qarşılaşmalar keçirməli və qollar vurmalıyıq”.

Qeyd edək ki, “Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək. G qrupunda həmçinin Almaniyanın “Frayburq” və Fransanın “Nant” komandaları da mübarizə aparacaq.

Mənbə

Share: