“AzerGold”un Müşahidə Şurasında dəyişiklik olub

Prezident İlham Əliyev “AzerGold” QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 22 fevral 2021-ci il tarixli sərəncamında dəyişiklik edib.

Dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, Şuranın üzvü olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov Nazirliyin Aparatının Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimovla əvəzlənib.

Mənbə

Share: