“Neftçi”nin legioneri isinmə hərəkətləri zamanı zədələnib

“Neftçi”nin daha bir futbolçusu zədələnib.

“Report”un məlumatına görə, “ağ-qaralar”ın gürcüstanlı yarımmüdafiəçisi Vato Arveladze evdə “Sumqayıt”a qarşı keçirilən Azərbaycan Premyer Liqasının V tur matçında sıradan çıxıb.

Əzələsini dartan 24 yaşlı oyunçu 40-cı dəqiqədə Rəhman Hacıyev əvəzləyib.

Qeyd edək ki, Vato Arveladze isinmə hərəkətləri zamanı zədələnən Kenni Sayevin əvəzinə start heyətində salınmışdı.

20:33

Futbol üzrə Azərbaycan Premyer Liqasının V turunda “Sumqayıt”ı qəbul edən “Neftçi”nin start heyətində məcburi dəyişiklik edilib.

“Report” klubun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, israilli yarımmüdafiəçi Kenni Sayef isinmə hərəkətləri zamanı zədələndiyindən Vato Arveladze ilə əvəzlənib.

Qeyd edək ki, hazırda görüşdə ilk hissə oynanılır və hesab açılmayıb.

Mənbə

Share: