ABŞ qitələrarası raketini anbardan çıxardı – “Rusiyaya demişik”

ABŞ ordusu “Minuteman III” nüvə silahı daşıya bilən qitələrarası ballistik raketini sınaqdan keçirəcək.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Patrik Rayder bildirib.

“ABŞ Hərbi Hava Qüvvələri Qlobal Hücum Komandanlığı Kaliforniyadakı Vandenberq bazasında silahsız “Minuteman III” qitələrarası ballistik raketinin əməliyyat sınağını keçirəcək. Bu, rutin sınaqdır və əvvəlki sınaqlara uyğun olaraq bu buraxılış sözügedən sistemin səmərəliliyini və hazırlığını təsdiq edəcək”, – Pentaqon sözçüsü vurğulayıb.

Rayder sınaqların bu gün başlayacağını söyləyib.

Onun sözlərinə görə, standart prosedurlara uyğun olaraq, ABŞ müqavilə öhdəlikləri çərçivəsində Rusiya hökumətini bu buraxılış barədə əvvəlcədən məlumatlandırıb. (Teleqraf.com)

Mənbə

Share: