“Rəqibin heyətində fərdi keyfiyyətləri yaxşı olan çox sayda futbolçu var. Onlar buraya yüksək motivasiya ilə gəliblər və meydanda var gücləri ilə mübarizə aparacaqlar”.
Milletinsesi.az-ın məlumatına görə, bunu Almaniyanın “Frayburq” komandasının futbolçusu Vinçentso Qrifo evdə “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının G qrupunun ilk tur matçından öncə mətbuat konfransında deyib.
İtaliyalı yarımmüdafiəçi Azərbaycan çempionuna hörmətlə yanaşdıqlarını bildirib: “Amma rəqibdən çəkinmirik. Mütləq stresli oyun olacaq. Amma gözləntilər böyükdür. Heyətimizdə milli üzvləri var ki, onlar bu ritmi bilirlər. Olduqca xoşbəxtik. Ötən mövsüm mübarizə apardıq ki, cümə axşamı günlərində divanda oturub avrokubok matçlarını seyr etməyək”.
Qeyd edək ki, sentyabrın 8-də “Europe Park” stadionunda təşkil olunacaq “Frayburq” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.