“Liz Trass da Conson kimi rüsvay olacaq” – Medvedev 

Böyük Britaniyanın yeni baş naziri Liz Trass sələfi Boris Conson kimi vəzifəsini rüsvayçılıqla tərk edəcək.

Milletinsesi.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında bildirib.

“Yeni Baş nazirin siyasət, tarix, coğrafiya haqqında elementar təsəvvürləri yoxdur. O, sadəcə Rusiyaya hər şeydə qalib gəlmək istəyən səriştəsiz rusofobdur. Digər yandan, öz sərsəm sanksiyalarına görə yaranan enerji böhranı və ərzaq inflyasiyasını sanksiyalardan əl çəkmədən son qoymaq istəyir. Bütün bunlar mənim bu proqnozuma əsas verir”, – Medvedev Trassı ittiham edib.

Qeyd edək ki, Liz Trass ötən gündən etibarən Böyük Britaniyanın baş naziri kimi fəaliyyətə başlayıb.

Mənbə

Share: