
Cəbrayıl rayon X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbinin 10-cu sinif şagirdi İba Zahid oğlu Həmzəyev bu gün dünyasını dəyişib.
Milletinsesi.az-ın xəbərinə görə, bu barədə məktəbdən verilən məlumatda bildirilib.
Qeyd edilib ki, mərhum şagird sağalmaz xəstəlikdən əziyyət çəkirmiş.
Adı çəkilən məktəb Biləsuvar rayonunda yerləşən köçkün şəhərciyində fəaliyyət göstərir.
Allah rəhmət eləsin…