“Kəpəz”i qəbul edəndə çox oyunlarına baxdım. Gördüm ki, nəsə etmək olar, potensial var. Bu gün bir daha şahidi oldum”.
Milletinsesi.az-ın məlumatına görə, bunu “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov səfərdə “Turan Tovuz”a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VI tur matçından sonra keçirilən mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis bildirib ki, üstün oynasalar da, uduzublar: “Futbolda belə hallar olur. Kaş, pis oynayıb qalib gələrdik”.