Bağçada təhlükəli vəziyyət: “Yıxılan ağaca sahib çıxan yoxdur”

Bakı şəhər,  Nizami rayonundakı 103 saylı Körpələr evi Uşaq bağçasının giriş qapısına 10 gündür ki aşıb yıxılıb təhlükə mənbəyi yaradan bu ağacı, nə BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİ bir əncam çəkib götürür, nə tabeçilik qurumu olan Elm və Təhsil nazirliyi,

nə Yaşıllaşdırma Təsərrüfatı Birliyi, nə də aid olduğu Nizami rayonuna təzə təyin olunmuş icra başçısı Coşqun Cəbrayılova maraqlı deyil ki, burada tərbiyə alan balacalar , təhlükə içində qalıblar!

Eldar Əzizov, baxın , yüksək maaş verib biznesinə də yol açdığınız o vəzifəlilər yalnız öz mənafelərini düşünür, körpələrin həyatını yox!

Xəyyam Qurbanlı.

Share: