Türkiyəyə qarşı səssiz və böyük oyun – Prosesdə diqqətçəkən Qafqaz detalı

“Türkiyəyə qarşı səssiz və dərin oyun gedir. Yunanıstanın iqtisadi cəhətdən müflis olmasına, dünyada və Avropa İttifaqında nüfuzunu və etibarını itirməsinə, silahlı qüvvələrinin köhnə silahlarının yenilənməməsinə baxmayaraq, dənizlərdə Türkiyəyə qarşı problem yaratmağa təşviq edilməsi çox şübhəlidir”.

 

Moderator.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyəti prezidentinin müşaviri, professor Ata Atun deyib.

 

Onun sözlərinə görə, Yunanıstan məğlub olacağını bilə-bilə Türkiyəyə qarşı müharibə və ya regional qarşıdurma yaratmağa çalışır:

 

“Yunanıstanın Türkiyəyə qarşı təxribatları və təcvüz cəhdləri Türkiyənin diplomatik səylərinə baxmayaraq davam edir. Çox güman ki, gərginliyi Aİ və ABŞ-dan verilən dəstəklə körükləyir.

 

Bəs niyə müttəfiq kimi görünən ABŞ Türkiyəyə qarşı düşmən münasibət bəsləyir? Səbəb çoxdur. Əvvəla, Türkiyənin 2011-ci ildən sonrakı qlobal siyasi mövqeyi, artan regional nüfuzu, Balkan, Qafqaz və Yaxın Şərqin siyasi həyatına həlledici təsiri və Şərqi Aralıq dənizində yeni kəşf edilmiş enerji resursları üzərində söz sahibi olması ABŞ-ın xoşuna gəlmir.

 

 

Bütün bunlarla yanaşı, Yunanıstan başda olmaqla Avropa İttifaqına üzv dövlətləri öz təsir dairəsində saxlamasına baxmayaraq, Türkiyə üzərindəki təsir və sanksiya gücünü itirməsi ABŞ-ı hiddətləndirir və dərindən düşündürür. Yaxın 10 ildə qlobal iqtisadi mərkəzin Amerika və Avropadan Asiyaya keçəcəyi gözlənilərkən, Türkiyənin Rusiya, Çin və Hindistanla yaxınlaşması ABŞ üçün daha bir böyük problem yaradır”.

 

Atun qeyd edib ki, Ukrayna ilə Rusiyanı, Tayvanla Çini yormağa çalışan ABŞ digər tərəfdə Türkiyə iqtisadiyyatını çökdürmək və dövlət kimi zəiflətmək üçün Yunanıstan, PKK/YPG və Cənubi Kiprdən istifadə edir:

 

“Başqa sözlə, ABŞ-ın hərbi cəhətdən Yunanıstanda yerləşməsi, deyildiyi kimi, Avropa Birliyinin Yunanıstandan Finlandiyaya qədər uzanan şərq sərhədlərini Rusiyanın mümkün hücumuna qarşı gücləndirmək deyil. Əsas məqsəd Yunanıstan və Türkiyə arasında müharibəyə başlamaq, eyni zamanda Cənub-Şərqi Anadoluda PKK/YPG-nin terror ünsürləri ilə Türkiyəyə qarşı birgə hərəkətə keçmək, Şərqi Aralıq dənizində də buna bənzər savaş aparmaq və Türkiyə Silahlı Qüvvələrini üç cəbhədə döyüşə məcbur etməkdir.

 

Eyni zamanda, ABŞ silahlı qüvvələrini Yunanıstanda türk ordusuna qarşı çəkindirici güc kimi önə çıxarmaqdır. Bundan sonra da müharibələrdən iqtisadiyyatı çətinliyə düşən, ordusu yorulan Türkiyəyə sanksiyalar tətbiq etmək, Şərqi Aralıq dənizindən çıxarmaq və ölkənin cənub sərhədləri boyunca bölgədəki neft yataqlarına nəzarət edəcək kürd dövləti qurmaqdır.

 

Gördüyünüz kimi, oyun və xülya böyükdür. Ancaq unutduqları odur ki, türklər həmişəki kimi bu oyunları pozacaq, ABŞ-ın quyruğundan tutub sürünən Yunanıstan peşman olacaq”.

 

Mənbə

Share: