
Ermənistanın terrorçu eks-prezidenti Robert Köçəryanın lideri olduğu “Hayastan” blokunun parlamentdəki fraksiyasının üzvü Vaqe Akopyan son döyüşlərdə Ermənistanın canlı itkisinin 200-dən yuxarı olduğunu etiraf edib.
Moderator.az xəbər verir ki, hazırda Moskvada olan erməni deputat bu haqda “Hraparak” nəşrinə müsahibəsində danışıb.
Müxbirin “Nikol Paşinyan 49 qurbanın( söhbət dünənki açıqlamadan gedir-S.L.) olduğunu bildirdi. Syunikdən(Qərbi Zəngəzur-S.L.) məlumatınız varmı?” sualına cavab olaraQ V. Akopyan belə deyib:
“Ölənlərimizin sayı 200-ü çoxdan keçib. 200-dən çox qurbanımız var…”
Xatırladaq ki, az öncə Ermənistan baş naziri N.Paşinyan rəsmi məlumatlara əsaslanaraq 105 erməni hərbçisinin öldüyünü etiraf edib…
Sultan Laçın