Roman Polanski aktrisanın şikayətinə görə məhkəmə qarşısına çıxarılacaq

Roman Polanski aktrisanın şikayətinə görə məhkəmə qarşısına çıxarılacaq

Kinorejissor Roman Polanski britaniyalı aktrisa Şarlotta Luisin ittihamı ilə bağlı Parisdə məhkəmə qarşısına çıxarılacaq.

“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

Luis rejissorun 1986-cı ildə çəkdiyi “Piratlar” filmində rol alıb. Aktrisanın sözlərinə görə, çəkiliş zamanı Polanski tərəfindən seksual təhdidlə üzləşib. Luisin o vaxt 16 yaşı var idi.

İstintaq işin avqustun 30-da Paris İslah Məhkəməsinə göndərilməsi barədə qərar çıxarıb. Məhkəmə prosesinin tarixi hələ təyin edilməyib. Hazırda 89 yaşı olan Polanski heç vaxt Fransada mühakimə olunmayıb.

1970-ci illərdə o zaman ABŞ-da yaşayan kinematoqrafçı 13 yaşlı Samanta Geimer ilə qeyri-qanuni münasibətdə ittiham olunurdu. Polanski prosesin başa çatmasını gözləmədən 1978-ci ildə Fransaya gedib və Polşa vətəndaşlığı ilə yanaşı, Fransa vətəndaşlığını da alıb. Amerika ədliyyəsi onu ekstradisiya etmək cəhdlərini dayandırmayıb.

Mənbə

Share: