Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək

Azərbaycanda istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı üzrə ƏDV-dən azad olmanın əlavə 1 il (2025-ci ilin sonuna qədər) artırılması nəzərdə tutulur.

 

Bu, 2023-cü ildə dövlət büdcəsi gəlirləri üzrə siyasətin əsas istiqamətlərindən biridir.

 

Xatırladaq ki, sözügedən hibrid avtomobillərin Azərbaycana idxalı və satışı – bu il yanvarın 1-dən 3 il müddətinə (2024-cü ilin sonuna qədər) vergidən azad edilib.

Mənbə

Share: