Həlak olan əsgərə şəhid statusu veriləcək

Azərbaycan Ordusunun Kəlbəcərdə həlak olan hərbi qulluqçusu, əsgər Omarov Eşqin Nəsib oğluna şəhid statusu veriləcək.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən bildirilib.

 

Qeyd olunub ki, qanunvericiliyə əsasən E.Omarov şəhid statusu alacaq.

 

Xatırladaq ki, E.Omarovun həlak olması faktı ilə bağlı Kəlbəcər Hərbi prokurorluğunda araşdırma aparılır. O, silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində vəfat edib.

 

Mənbə

Share: