ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Görüş zamanı ikitərəfli maraq doğuran mövzular müzakirə olunub.
Qeyd edək ki, Pelosinin Ermənistana səfəri dünən başlayıb. O, parlamentin spikeri, eləcə də müxalifət nümayəndələri ilə görüşlər keçirib.