“Avropanın qərb hissəsində vəziyyət daha yaxşıdır, Fransada çörək 8 faiz bahalaşıb…”
“Macarıstanda çörək orta hesabla…66 faiz artıb, bu da həm Rusiya və Ukraynadan asılılıq, həm də ötənilki quraqlıqla bağlıdır…”
Avropa İttifaqında avqust ayında çörəyin qiyməti ötən ilin müvafiq ayına nisbətən 20 faiz artıb.
Moderator.az xəbər verir ki, bu barədə Xorvatiyanın “Advance” nəşri yazıb.
Bu, Avropa üçün orta göstəricidir. Qərb hissəsi hələ tab gətirir, şərqdə vəziyyət daha pisdir.
Ən çox ziyana Baltik dənizindən Adriatik dənizinədək olan “ox” məruz qalıb.
Ötən ay, gözlənildiyi kimi, Avropaya yaxşı maliyyə göstəricilər bəxş etməyib. Aydan-aya inflyasiya artmaqdadır və avqust ayında 9, 1 faizə çatıb. Mart və aprel aylarında inflyasiya səviyyəsi 7, 4 faiz ətrafında olub.
Lakin sadə vətəndaşlar üçün mücərrəd görünə biləcək rəqəmlərdən daha konkret problemlər var.
Avropa İttifaqında avqust ayında çörəyin qiyməti ötən ilin müvafiq ayına nisbətən 20 faiz artıb.
Ukrayna ilə Rusiya arasında Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracı haqqında müqavilənin mümkün pozulması barədə dolaşan xəbər əlavə gərginlik yaradıb və bu sahədə qiymətlər artımını stimullaşdırıb.
Avropa İttifaqında avqust ayında çörəyin qiyməti 2021-ci ildən 18 faiz yüksək olub. Bu, 2017-ci ilin dekabrından çörəyin qiymətinin ən böyük sıçrayışıdır.
Əgər ötən ilin vəziyyətinə nəzər salsaq, o zaman çörək orta hesabla təxminən 3 faiz artıb. Bu, gözlənilən olub, çünki, bir qayda olaraq, inflyasiya da o qədər olub.
Amma qiymətlərin 18 faiz artımı o deməkdir ki, bu zəruri məhsul olan çörəyin qiymət artımı ümumi inflyasiyadan daha sürətlə artıb. O, iki dəfə tez artıb, çünki Avropa İttifaqında inflyasiya 9, 1 faiz təşkil edir!
“18 faiz” pis səslənir, lakin yadda saxlamaq lazımdır ki, bu, Avropa İttifaqı üçün orta göstəricidir, yəni bəzi ölkələrdə vəziyyət daha pisdir, bəzilərində daha yaxşıdır.
Adama elə gəlir ki, Avropanın qərb hissəsində vəziyyət daha yaxşıdır. Çörəyin qiymətinin ən az bahalaşan ölkəsi Fransadır. Orada çörək 8 faiz, hətta inflyasiyadan da aşağı dərəcədə artıb. Niderlandda və Lüksemburqda çörək 10 faiz bahalaşıb.
Ən ağır vəziyyət haradadır? Qonşu Macarıstanda. Orada çörək orta hedabla…66 faiz artıb!
Bu, necə ola bilər? Bu, başqa bir ölkədə, Litvada olduğundan iki dəfə çoxdur, orada çörək 33 faiz bahalaşıb. Belə böyük qiymət artımı onu təsdiq edir ki, Macarıstan Rusiya və Ukraynadan nə dərəcədə çox asılı olub.
Lakin Ukraynadakı münaqişə tək səbəb deyil. Ötən il güclü quraqlıq Macarıstanın kənd təsərrüfatında ağır vəziyyət yaradıb, orada ikiqat fəlakət baş verib.
Daha hansı ölkələr ağır vəziyyətə düşüb? İkinci yerdə Litva, daha sonra Estoniya, dördüncü yerdə Slovakiyadır. Hər iki ölkədə çörək 32 faiz bahalaşıb.
5-ci yerdə, təəssüf ki, Xorvatiyadır, bunu mağazalardakı çeklərdən görə bilərsiniz. Bizdə çörək 31 faiz bahalaşıb. Xorvatiyada inflyasiya 12, 3 faiz təşkil edir, yəni çörəyin dəyərinin inflyasiyası başqa mallardan təxminən 3 dəfə çoxdur.
Xorvatiyadan başqa, Polşa və Latviyada çörək 31 faiz bahalaşıb.
Yerdə qalan ölkələrdə 30 faizdən aşağıdır.
Beləliklə, ən çox zərər çəkən Baltik dənizindən Adriatik dənizinədək olan “ox”dur. Bunlar nisbətən kasıb ölkələrdir və aydın olur ki, indiki böhran ən çox onlara təsir göstərəcək.