Batareyaların udulması hallarının əksəriyyəti uşaqlarla bağlı olur və yanlışlıq nəticəsində baş verir.
Lakin İrlandiyanın 66 yaşlı sakininin tarixçəsi fərqlidir.
Qadın sağlamlığına ziyan vurmaq məqsədilə “bəlli olmayan sayda” əl batareyası udaraq xəstəxanaya düşüb.
Moderator.az xəbər verir ki, bu barədə “Detaly” nəşri yazıb.
“İrish Medical Journal” nəşrində dərc edilən hesabatda deyilir ki, Dublindəki Müqəddəs Vinset Universitet xəstəxanasının həkimləri bir qadının mədə-bağırsağından sağlamlığına zərər vurmaq məqsədilə udduğu 55 batareyanı çıxarıb.
Pasientin qarnında yad cismlərin olmasını rentgen müayinə təsdiq edib.
Məlum olub ki, batareyaların heç biri onun mədə-bağırsağını qapatmayıb, həmçinin zədələnmələr və axmalar aşkar edilməyib.
O zaman həkimlər gözləmə taktikasını seçib və nə qədər batareyanın pasiyentin orqanizmindən təbii yolla çıxa bilməsini müşahidə edib.
Birinci həftə ərzində qadının mədə-bağırsağından 5 AA tipli batareyanın çıxdığı bəlli olub.
Növbəti üç həftə ərzində bir dənə də batareya orqanizmi tərk etməyib, qadının qarnında isə güclü ağrılar başlayıb.
Bununla əlaqədar olaraq həkimlər əməliyyat apararaq mədədən 46 AA və AAA tipli batareya çixarıb.
Laparotomiya prosesində həkimlər qadının mədəsinin çanaq sümüyünədək uzanmasını aşkar edib.
Yoğun bağırsaqda ilişib qalan daha 4 batareya düz bağırsağa yerdəyişmə edilib və arxadan kənar edilib.
Beləliklə, İrlandiya sakinindən ümumilikdə 55 batareya çıxarılıb.
Nəyə görə məhz batareyalar?
Əl batareyaların udulması həyat üçün böyük təhlükə törədə bilər, çünki onlardan kimyəvi maddələr axa bilər və ya mədə-bağırasaq yolunu tuta bilər.
Uşaqlar tərəfindən udulan batareyalar orqanizmə heç bir zərər vermədən təbii yolla çıxa bilər.
Lakin boğazda ilişib qalarsa, həyat üçün ciddi və hətta təhlükəli nəticələrə gətirib çıxara bilər.
Bu, onunla bağlıdır ki, tüpürcək batareyadan elektrik cərəyan buraxa bilər və bu da qida borusunu yandıran kimyəvi reaksiya törədə bilər, nəticədə toxumaların ciddi zədələnməsi və qanaxma baş verə bilər.
Healthy Walla