İran prezidentinin rəsmi saytı dağıdılıb.
Bu barədə İran prezidentinin internet saytına haker hücumu edən “Anonimus” qrupunun üzvü tvitter hesabında məlumat yayıb.
“Biz ədalət mübarizəsində İran xalqının yanındayıq”,- paylaşımda deyilir.
Qeyd edək ki, sentyabrın 22-də İran prezidentinin administrasiyasının rəsmi saytı daxil olmaqla hökumət qurumlarına aid bir çox internet saytları sındırılıb. Hazırda saytlara daxil olmaq mümkün deyil.