Fransa Peşəkar Futbol Liqası “Qarabağ”ın rəqibini cəzalandırıb

Fransa Peşəkar Futbol Liqası “Qarabağ”ın rəqibini cəzalandırıb

Fransa Peşəkar Futbol Liqası (LFP) “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqibi olan “Nant”ı cəzalandırıb.

“Report”un məlumatına görə, buna azarkeşlərin “Loryan”a səfərdə 2:3 hesabı ilə uduzduqları Liqa 1-in VII tur matçında pirotexniki vasitələrdən istifadə etməsi səbəb olub.

İntizam Komitəsinin qərarına əsasən, “Nant” qarşıdakı iki səfər qarşılaşmasında tərəfdarların dəstəyindən məhrum olacaq. Fanatlar oktyabrın 2-də “Monako”, oktyabrın 9-da isə “Renn”lə görüşlərdə tribunaya buraxılmayacaq.

Qeyd edək ki, “Qarabağ” qrup mərhələsinin II turunda Bakıda “Nant”ı 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında V tur oyunu oktyabrın 27-də Fransada olacaq.

Mənbə

Share: