Qazaxda iki uşağı ildırım vurub.
Milletinsesi.az xəbər verir ki, APA-ya istinadən xəbər verir ki, bu gün ildırım vurması nəticəsində Qazax Müalicə Diaqnostika Mərkəzinə iki nəfər yerləşdirilib.
“2011-ci il təvəllüdlü olan zərərçəkən xəstəxanaya gətirilərkən ölü vəziyyətində olub. Digər zərərçəkən – 2012-ci il təvəllüdlü pasiyentin reanimasiya şöbəsində müalicəsinə davam edilir. Hazırda vəziyyəti orta ağırdır”, – qeyd olunub.