ABŞ Prezidenti Co Bayden Əfqanıstanın Şimali Atlantika Alyansı xaricində əsas müttəfiqləri siyahısından çıxarıldığını açıqlayıb.
Qərar Ağ Evin saytında dərc olunub.
Əfqanıstan 2012-ci ildə Prezident Barak Obamanın dövründə NATO-dan kənar ABŞ-ın əsas müttəfiqi statusunu alıb.
Bayden Kabili bu statusdan məhrum etmək planlarını iyul ayında, “Taliban” ölkədə hakimiyyəti ələ keçirdikdən təxminən bir il sonra elan edib.
Qeyd edək ki, ABŞ-ın NATO xaricində əsas müttəfiqi statusunu 19 ölkə daşıyır. Onların arasında Avstraliya, Misir, İsrail, Yaponiya, Cənubi Koreya, Braziliya və s. kimi ölkələr var.