Rusiyada hərbi əməliyyatlarda iştirakdan imtina etməyə görə 10 ilə qədər həbs cəzası haqqında qanun qəbul edilib.
Modern.az xəbər verir ki, qanun Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanıb.
Qanun layihəsinə görə, hərbi qulluqçuların hərbi xidmətə getməməsinə və fərariliyə, könüllü təslim olmaya və hərbi əməliyyatlarda iştirakdan imtina etməyə görə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nüəyyən edilib.
Qeyd edək ki, sentyabrın 21-də Putin qismən səfərbərlik barədə sərəncam imzalayıb.