Şimali Koreyanın axırıncı raket sınağından sonra Yaponiyanın özünü müdafiə sistemləri hazırlıq vəziyyətinə gətirilib.
Modern.az xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida əmr imzalayıb.
Bildirilir ki, baş nazir Şimali Koreyanın sentyabrın 25-də həyata keçirdiyi növbəti raket sınağı ilə bağlı əlaqədar nazirlik və idarələrə gözlənilməz hallarla əlaqədar hazırlıq barədə xüsusi göstəriş də verib.
Qeyd edilir ki, Yaponiya hökumətinin başçısı əlaqədar nazirliklərə və idarələrə üç əsas tapşırıq verib.
Həmin tapşırıqlar gəmiçiliyin və mülki aviasiyanın təhlükəsizliyini təmin etmək, əhaliyə vəziyyətlə əlaqədar operativ və düzgün informasiyanı çatdırmaq və gözlənilməz vəziyyətə hazır olmaqdır.
Baş nazirin ofisində operativ məlumatın toplanması və təhlili üzrə böhran qərargahı da yaradılıb.
Yaponiya Sahil Mühafizəsi Xidmətinin məlumatına görə, Şimali Koreyanın raket buraxılışından sonra ərazidəki gəmilərə ziyan dəyməyib.