Rusiyanın Ukrayna ərazilərini ilhaq etmək planlarını Avropadakı əsas müttəfiqi də dəstəkləmədi

Rusiyanın Ukrayna ərazilərini ilhaq etmək planlarını Avropadakı əsas müttəfiqi də dəstəkləmədi

Serbiya Donetsk, Lüqansk, Zaporojye və Xerson vilayətlərində keçirilən referendumun nəticələrini tanımır.

 

Bunu Serbiya Xarici İşlər Nazirliyinin rəhbəri Nikola Selakoviç deyib.

 

“Serbiya Respublikası BMT Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə uyğun olaraq, Ukrayna regionlarında keçirilən referendumun nəticələrini qəbul edə bilməz”, – deyə RİA Novosti brifinq zamanı onun sözlərini sitat gətirib.

 

Bundan əvvəl Braziliya, Hollandiya və Misirdən beynəlxalq müşahidəçilər Luqanskın Rusiyaya daxil olması ilə bağlı referendum üzərində işləmək üçün bu əraziyə gəliblər.

 

Sentyabrın 23-də Donetskdə, Luqanskda, Xersonda və Zaporojyedə  Rusiyaya birləşmək məsələsi ilə bağlı referendumlar başlayıb.

 

Səsvermə proseduru sentyabrın 27-dək davam edəcək.

Mənbə

Share: