
Misirdə Qahirə-Assuit magistral yolunda dəhşətli qəza baş verib.
Modern.az xəbər verir ki, ağır yol qəzasında ikisi uşaq olmaqla, bir ailədən 6 nəfər həlak olub.
12 nəfərin də yaralandığı qəza iki mikroavtobusun toqquşması nəticəsində baş verib.
Yaralılar Əl-Minya Universitetinin xəstəxanasına çatdırılıb.
Misir prokurorluğu qəza ilə bağlı təhqiqat aparır. Hadisənin nəqliyyat vasitələrinin sürət həddini aşması nəticəsində baş verdiyi bildirilir.