“Bu halda  NATO qoşunları Ukraynaya daxil olacaq…”-Rusiyalı ekspert

“Bu halda  NATO qoşunları Ukraynaya daxil olacaq…”-Rusiyalı ekspert

Rusiyanın nüvə silahından, hətta göstəri üçün istifadə edəcəyi təqdirdə NATO-nun Ukrayna ərazisinə öz qoşunlarını göndərməsi mümkündür.

Moderator.az “UNİAN”a istinadla xəbrə verir ki, bu fikri rusiyalı hüquq müdafiəçisi və bloger Mark Feygin “Arqument” proqramının yeni buraxılışında söyləyib.

“Əgər biz rasional nöqteyi-nəzərdən çıxış etsək, yox, Rusiyanın nüvə silahından istifadə etməsi qeyri-mümkündür. Nəticələri elə dönməz olacaq ki, ümumilikdə Rusiya hökumətinin, bəlkə də Rusiyanın gələcəyi sual altında qalacaq. Çünki bu, nüvə silahı olan ölkənin nüvə silahı olmayan ölkəyə, yəni Ukraynaya hücumu olmayacaq… Nüvə ölkələrinin cavabı dəqiq, zəmanətli olacaq. Təxmin etdiyim kimi, əgər tələfat olmaması üçün dənizdə hardasa nümayişkaranə nüvə partlayışı olacaqsa(hərçənd belə bir partlayışın nə ilə nəticələndiyini bilmirəm), o zaman proqnozum belədir:  NATO-nun Ukraynanın işğalını tamamilə dayandırmaq üçün öz qoşunlarını Ukrayna ərazisinə göndərməsi istisna olunmur”, – deyə Feygin əlavə edib.

 

Ekspertin fikrincə, nüvə zərbəsi Belarus ərazisindən endirilsə, Rusiya üçün nəticələri yenə də ağır olacaq. Yalnız bu halda Lukaşenka rejimi üçün də pis nəticələr olacaq.

 

“Moskvada necə cavab verəcəklərindən asılı olmayaraq Lukaşenkonun bütün iqamətgahlarına mütləq raket zərbələri endiriləcək. Ola bilsin ki, hətta Qərb də zərbə endirəcək. Bu halda artıq Lukaşenkonu bitirəcəklər” -deyə Feygin vurğulayıb.

 

Sultan Laçın

Mənbə

Share: