“Yalançı şoularla gündəmə gəlmək istəyirlər”

“Yalançı şoularla gündəmə gəlmək istəyirlər”

“30 il bu torpaq ermənilərdə oldu. Niyə bir “Qarabağ şikəstəsi” oxumadılar?! Niyə “Qarabağ” poeması yazmadılar? Niyə o torpaqda bir gözəllik yaratmadılar?! Əgər bu torpaq sizin idisə yaradardınız, bir daşı daşın üstünə qoyardınız. Çünki qoya bilməzdiniz. Bu torpaq sizə bərəkət verməzdi. Haqsız bir xalq onu nə qədər əldə saxlaya bilər?! Nə o torpaq onları qəbul etdi, nə də ki, biz. 30 illik həsrətimizin, hicranın vüsalını yaşayırıq”.

 

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Almaz Orucova deyib. O, daha sonra əlavə edib.

“Bir azərbaycanlı olaraq elimə, obama, vətənimə həmişə bağlıyam. Atamızın, anamızın, qardaşımızın bu gün bizlərin yanında olmaması bizləri kədərləndirir, amma mütləqdir ki, onların ruhu şaddır. İtkilərim çox olub, düzdü o itkilər unudulmur, amma yaralar müvəqqəti də olsa qaysaqlayır, sən işini görürsən” deyə xanəndə bildirib.

 

Almaz Orucova anasının arzusunu yerinə yetirdiyini bildirib.

“Hər bir sənət çətindir, amma bizdə çətin olsa da şərəfli sahədir. Hara gediriksə hörmətimiz, dəyərimiz var. İnsanın xarakteri, kökü onun qanından, nəslindən asılıdır. Bizim nəslimiz, kökümüz nə qədər ziyalı, sadə, saf və təmiz ailə olub. Mən böyük sənətkarımız Şövkət Ələkbərovanın tələbəsi olmuşam. Dərsləri xəstəliyi ilə əlaqədar olaraq evində keçirdi, ondan o qədər böyük sadəlik görmüşəm ki. Bu gün dövr, zaman, insanlar, baxışlar dəyişib. Ona görə bir daha maraqlı olmaq, yalançı şoularla gündəmə gəlmək istəyirlər. Məni anam bu sənətə gətirib. Çünki özünün yaxşı səsi olub, amma o arzusunu həyata keçirə bilməyib, əmiləri oxumağına icazı verməyib. Orta məktəb illərində o qədər də həvəsli deyildim. Anam deyirdi ki, “sən bu sənəti yaşatmalısan” deyə sənətkar bildirib.

Mənbə

Share: