Binəqədi rayonunda oğurluqla məşğul olan qadın saxlanılıb

Oğurluqla məşğul olan şəxslərin aşkarlanaraq tutulması istiqamətində daxili işlər orqanları tərəfindən uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milletinsesi.az-a bildiriblər ki, iyunun 7-də M.Ə.Rəsulzadə qəsəbəsindəki mağazaların birindən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Həsənova Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Cari il yanvarın 2-də paytaxt sakini olan bir qadının içərisində pul və mobil telefon olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Cəfərov isə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Share: