Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya hökuməti 92 rusiyalıya qarşı sanksiyalar tətbiq edib.

 

“Report” TASS-a istinadən xəbər verir ki, sənədin yenilənmiş variantı bazar ertəsi Böyük Britaniya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

 

Sanksiya siyahısına “Qoznak”, “Sberbank”, “Qazprombank” və “Otkritie” bankın rəhbərliyi, Bank VTB-nin Müşahidə Şurasının üzvü Valeri Sidorenko, ARETİ beynəlxalq şirkətlər qrupunun prezidenti İqor Makarov daxil edilib.

 

Bundan başqa, Rusiya Prezidentinin Daxili Siyasət Administrasiyasının məmurlarına qarşı da sanksiyalar tətbiq olunub.

Mənbə

Share: