Kirayə ev adı ilə tələbələri aldadan şəxs tutuldu

Kirayə ev adı ilə tələbələri aldadan şəxs tutuldu

Bakıda “kirayə ev” adı altında vətəndaşları, əsasən də tələbələri aldadan şəxs saxlanılıb.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

 

Daşınmaz əmlak saytlarında “kirayə ev” adı altında elanlar yerləşdirməklə vətəndaşları kütləvi şəkildə aldadan 1993-cü il təvəllüdlü Bayram Məmmədov məsuliyyətə cəlb edilib. O ilkin ifadəsində hər gün 3 şəxsə, əsasən tələbələrə qarşı dələduzluq etdiyini etiraf edib.

 

Araşdırmalar davam etdirilir.

 

“Vətəndaşlara tövsiyə edirik ki, kirayə, yaxud digər daşınmaz əmlakla bağlı elan saytlarında tanımadıqları şəxslərə onlayn ödənişlər etməsinlər”, – rəsmi məlumatda deyilir.

 

 

Mənbə

Share: