Ottava Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində keçirilən referendumlara görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.
Bu barədə Kanadanın Baş naziri Castin Trüdo bildirib.
O bildirib ki, Kanada Ukraynanın dövlət suverenliyinin əsaslarını pozmağa yönəlmiş bu son cəhddə iştirak edən fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar hazırlayır.
“Kanada bu saxta referendumların nəticələrini tanımır və heç vaxt tanımayacaq”, – deyə Trüdo əlavə edib.
Canada will continue to support Ukraine against Putin’s attacks on its territorial integrity and the rules-based international order. Read PM Trudeau’s statement on the results of Russia’s sham referendums in occupied regions of Ukraine: //t.co/DMqjBEJXvq
— CanadianPM (@CanadianPM) September 28, 2022