İranda valilik, yol polisi və bank binası etirazçılar tərəfindən yandırıldı

İranın Çabahar şəhərində qəzəbli sakinlər valilik binasını yandırıblar.

 

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

 

Bildirilir ki, polis komandirinin etnik bəluc qıza təcavüz etməsinə və 22 yaşlı Məhsa Əmininin “Əxlaq” polisi tərəfindən saxlanıldıqdan sonra öldürülməsinə etiraz olaraq başlayan nümayiş ümummilli etirazların 12-ci günündə axşam saatlarında davam edib.

 

Narazı vətəndaşlar əvvəlcə yol polisinin köşkünə od vurublar və yerli bankın binasına (“Ticarət Bank”) hücum çəkiblər. Bundan sonra isə qəzəbli sakinlər valilik binasının önünə toplaşıblar. Onlar binanı daşa basdıqdan sonra yandırıblar.

 

O da vurğulanır ki, polis və xüsusi təyinatlı qüvvələr birbaşa insanlara atəş açıblar. Nəticədə aksiyaçılar arasında ölən və yaralananlar var. Onların dəqiq sayı barədə məlumat yoxdur.

 

Mənbə

Share: