“Niyə bu iki ildə hücum dronları almamışıq?”

Ermənistanın eks-prezidenti Robert Köçəryan hesab edir ki, 254 milyon dram müqabilində hərbi xidmətdən azad edilmə qərarı ordu üçün dağıdıcı proses olacaq.


Modern.az xəbər verir ki, o bunu İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.

 

Eks-prezident Ermənistanın verdiyi itkilərin nisbətini anlamadığını deyib.

 

“Əsgər müdafiə olunsaydı, bizdə belə nisbət olmamalı idi. Mənə aydın deyil ki, niyə biz iki ildir ciddi sərhədlər tikməmişik”, – Ermənistanın ikinci prezidenti


Robert Köçəryan iddia edir ki, Ermənistan 44 günlük müharibədən heç bir dərs götürməyib.

 

“Niyə iki il ərzində hücum dronlarımız yoxdur? Hakimiyyətdəkilər deyirlər ki, pul var. İnanmayın ki, silah əldə etmək mümkün deyil, bu problem deyil”.


Onun fikrincə, Ermənistan sərhəd təhlükəsizliyini gücləndirmək üçün iki il ərzində İran amilindən yararlanmalı idi.

Üstəlik, Tehran Zəngəzuru olduğu formada saxlamaqda maraqlı olan ölkədir. Köçəryan hesab edir ki, bu müddət ərzində Ermənistan ən azı Zəngəzurda İranla birgə təlimlərin iki mərhələsini keçirməli, həm də müqavilə bazası yaratmalı idi.

“Və bu, Azərbaycan üçün çəkindirici amil olardı, çünki İranın milli maraqlarından söhbət gedəndə Tehranla “barmaq silkələmək”lə danışmaq olmaz”, – Köçəryan bildirib.

Mənbə

Share: