“Bu ölkə mənə çox yaxındır, çünki Vətənim Azərbaycanın İsrail ilə əla dostluq və tərəfdaşlıq münasibətləri var…”
“Biz azərbaycanlılar burada özümüzü öz evimizdəki kimi hiss edirik…”
Ulduz cütlüyü olan Anna Netrebko və Yusif Eyvazov Təl-Əvivin Ben-Qurion hava limanına eniş edib.
Moderator.az xəbər verir ki, müasir opera səhnəsinin iki parlaq nümayəndəsi Vyanadan Müqəddəs Torpaqda birgə çıxış etmək üçün gəliblər.
Soprano Anna Netrebkonun və tenor Yusif Eyvazovun maestro Marko Boeminin rəhbərliyi altında Qüds simfonik orkestrının müşayiəti ilə konserti Təl – Əvivdə dünya turnesi çərçivəsində baş tutacaq.
Netrebko və Eyvazov İsraildən İtaliyaya, oradan İspaniya, Fransa və Almaniyaya yola düşəcəklər.
Anna və Yusif hələ taleləri birləşməzdən əvvəl İsrailə müxtəlif zamanlarda səfər ediblər.
Eyvazov 2008-ci ildə Luçano Pavarottinin xatirəsinə həsr edilmiş “Üç tenorun turu” adlı turnir çərçivəsində İsraildə olub.
“Bu, tamamilə unudulmaz tur idi, – müğənni xatırlayır, – çünki mənim İsraildə çoxsaylı dostlarım məni çox gözəl qarşılayıb.
Bu ölkə mənə çox yaxındır, çünki Vətənim Azərbaycanın İsrail ilə əla dostluq və tərəfdaşlıq münasibətləri var.
Ona görə də biz azərbaycanlılar burada özümüzü öz evimizdəki kimi hiss edirik.
O zamandan İsrail məndə silinməz izlər buraxıb və mən bu ölkəyə qayıdışımı səbirsizliklə gözləyirəm, üstəlik mən Anna ilə birgə gəlməyi düşünürəm.
Yeri gəlmişkən, Anna da 2000-ci ildə İsraili ziyarət edib və oradan çox parlaq təəssüratlarla dönüb.
Biz qarşıdakı konsertə hazırlaşırıq və İsrail ictimaiyyətilə görüşümüzü səbirsizliklə gözləyirik.
Əlbəttə ki, biz İsraildə 2-3 gün də qalıb, böyük məmnuniyyətlə müqəddəs yerləri ziyarət edib və bu qəribə ölkədə olmaqdan zövq almaqdan vaz keçə bilmərik.