Gəncədə avtomobildən 15 000 manatlıq oğurluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində “Chevrolet” markalı bir avtomobildən 15 000 manat dəyərində 81 ədəd mobil telefonu oğurlamaqda şübhəli bilinən Gəncə sakini O.Hüseynov saxlanılıb, 3 nəfərin isə şəxsiyyəti müəyyən olunub.
Əməliyyat-axtarış tədbirləri aparılır.