Azərbaycanda ömürlük məhkumların həftədə bir dəfə videogörüş keçirməsi təklif edilir

Azərbaycanda ömürlük məhkumlar həftədə bir dəfə videogörüş keçirə biləcəklər.

 

“Report”un xəbərinə görə, bununla bağlı Cəzaların İcrası Məcəlləsinə dəyişiklik təklif edilir.

 

Dəyişikliklə Məcəllənin 84-cü maddəsinin adı (Məhkumların telefon danışıqları) dəyişdirilərək “Məhkumların telefon danışıqları və videogörüşləri” olacaq.

 

Bundan əlavə, Məcəllənin 84.1-ci bəndinə də dəyişikliklər edilir. Dəyişikliklərlə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər həftədə iki dəfə, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər isə həftədə bir dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışmaq və ya videogörüş keçirmək hüququna malik olacaqlar. Şəhərlərarası telefon danışıqlarının haqqı məhkumun şəxsi vəsaiti hesabına və ya yaxın qohumları tərəfindən ödəniləcək. Texniki imkanlar olmadıqda bir telefon danışığı və ya videogörüş bir qısa müddətli görüşlə əvəz edilə ediləcək.

 

Hazırda Məcəllənin 84.1-ci belədir:

 

“Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər həftədə iki dəfə, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər isə həftədə bir dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışmaq hüququna malikdirlər. Şəhərlərarası telefon danışıqlarının haqqı məhkumun şəxsi vəsaiti hesabına və ya yaxın qohumları tərəfindən ödənilir. Texniki imkanlar olmadıqda bir telefon danışığı bir qısa müddətli görüşlə əvəz edilə bilər”.

 

Digər dəyişikliklə isə cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar arasında yaxın qohumlar istisna olmaqla videogörüşlərə icazə verilməyəcək.

 

Mənbə

Share: