Britaniya kraliçası II Elizabetin ölümünün səbəbi açıqlanıb.
Modern.az xəbər verir ki, Şotlandiyanın Rekordlar Bürosu tərəfindən dərc edilən arayışda kraliçanın ölüm səbəbinin yaşlılıq olduğu bildirilib.
Sənədə görə, kraliça sentyabrın 8-də yerli vaxtla saat 15.10-da “yaşlılıq” səbəbindən vəfat edib.
70 ildən artıq ölkəyə rəhbərlik etmiş Böyük Britaniya kraliçası II Elizabet sentyabrın 8-də Şotlandiyada 96 yaşında vəfat edib. Şahzadə Çarlz III Çarlz adını alaraq kral olub, arvadı Kamilla kraliça status alıb.