Ukrayna bu tarixdə NATO-ya üzv ola bilər

Ukrayna bu tarixdə NATO-ya üzv ola bilər

Ukrayna prezidenti Vladimir Zelenskinin Aparatı hesab edir ki, bu ölkə gələn ilin iyulunda Vilnüsdə keçiriləcək sammitdə NATO-ya üzv ola bilər.

Modern.az Strana.ua portalına istinadən xəbər verir ki, bu tarixi dövlət başçısının Aparatının müşaviri Aleksiy Arestoviç səsələndirib.


Onun sözlərinə görə, Kiyev alyansa qoşulmaq üçün müraciət etdikdən sonra “Ukraynaya nüvə zərbəsi endirilməsi ehtimalı xeyli azalıb”.


“NATO həm də ola bilsin ki, namizəd statusu verməlidir. Bundan sonra nüvə silahı ilə zərbə endirmək və həqiqətən də NATO-ya namizəd ölkə ilə döyüşmək bir az daha çətindir”, – Aretoviç bildirib.


Sentyabrın 30-da Ukrayna prezidenti ölkənin NATO-ya sürətləndirilmiş rejimdə müraciət edəcəyini bəyan edib. Dövlət başçısı müraciətində onu da bildirib ki, Kiyev “de-fakto artıq alyansa daxil olub” və onun bir hissəsidir.


Bununla belə, alyansın nümayəndələri indiyədək Ukraynanı üzvlüyünə qəbul etməkdən imtina ediblər və Ağ Ev qeyd edib ki, “hazırda Ukraynanı dəstəkləməyin ən yaxşı yolu yerlərdə praktiki dəstəkdir”.

Mənbə

Share: