Rusiya Liman şəhərindən geri çəkildiyini bəyan etdi

Rusiya qoşunları Ukraynanın Krasnıy Liman şəhərindən geri çəkildiyini bəyan edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

“Mühasirə təhlükəsinin yaradılması ilə əlaqədar olaraq, müttəfiq qoşunları Krasnıy Limandan daha sərfəli mövqelərə çəkilib”, – deyə nazirlik bildirib.

 

Qeyd edək ki, Ukrayna strateji Liman şəhərinə daxil olduğunu açıqlayıb.

 

Akif İsmayılov 

Mənbə

Share: