Krımda yerləşən hava limanında partlayış baş verib 

Oktyabrın 1-i axşam saatlarında Rusiya tərəfindən ilhaq edilən Krımdakı Belbek aerodromunda partlayış səsi eşidilib. 

 

Modern.az xəbər verir ki, bu barədə UNIAN agentliyi məlumat yayıb.

 

Bildirilir ki, hadisə şahidləri güclü yanğın səbəbindən havaya qara tüstünün qalxdığını bildirib. Sosial şəbəkələrdə hava limanında yanğının olduğu görüntülər yayılıb.

 

Sevastopolun rəhbəri Razvojayev bildirib ki, eniş zamanı təyyarə uçuş-enmə zolağından çıxıb və yanıb. Sosial şəbəkələrdə aerodromun vurulduğu da iddia edilir.

 

Akif İsmayılov 

Mənbə

Share: