İsraildə istehsal edilən “Alice” elektrik təyyarəsinin ilk uçuşu baş tutdu…

“Bu, əvvəlcədən elektrik layneri kimi layihələşdirilən və hazırlanan ilk sərnişin təyyarəsidir…”

 

“Elektrik təyyarə 830 km məsafəyə 460 km/s sürətlə uçuşlar edə bilər…”

 

“Qiyməti 4 milyon dollaradır, bir saatlıq uçuş 200 dollara başa gələcək…”

 

Analoqlarından fərqli olaraq, bu layner lap əvvəlcədən elektrik təyyarə kimi quraşdırılıb

 

İsrail mütəxəssisləri tərəfindən işlənib hazırlanan “Alice” sərnişin elektrik təyyarəsinin ilk sınaq uçuşu baş tutub.

 

Moderator.az xəbər verir ki, bu barədə “Vesti” nəşri yazıb.

 

Sentyabrın 28-də 9 yerlik layner Vaşınqton ştatındakı “Grant County İnternational Airport” hava limanından havaya qalxıb, 3500 funt hündürlük qət edib və havada 8 dəqiqə qaldıqdan sonra sağ-salamat yerə enib.

 

“Alice” əvvəlcədən elektrik layneri kimi layihələşdirilən və hazırlanan ilk sərnişin təyyarəsidir.

 

O, 2015-ci ildə istefada olan İsrail ordusunun polkovniki Aviv Zidon və onun biznes üzrə tərəfdaşı, baş direktor postunu tutan Ömər Bar-Yohayın təsis etdiyi “Eviation Aircraft” şirkəti tərəfindən işlənib hazırlanıb.

 

Şirkətin işlənib hazırlanma mərkəzi Kadım şəhərində (Ha-Şaron dairəsi) yerləşir, lakin ilk uçuş ABŞ-da baş verib ki, ABŞ mülki aviasiya İdarəsindən lisenziyanın alınması asanlaşsın. 

 

Gözlənilir ki, elektrik təyyarələrinin yığılması üzrə ilk xətti də ABŞ-da açılacaq. Hazırda şirkət, o cümlədən DHL-dən 127 təyyarə üçün sifariş alıb.

 

İstehsalçının məlumatına görə, “Alice” təyyarəsi həm sərnişin, həm də yük daşınmaları üçün nəzərdə tutulub. O, 830 km məsafəyə 460 km/s sürətlə uçuşlar edə bilər.

 

Hava gəmisinin kütləsi 1, 1 ton, uçuş yükünün 60 faizini tutumu 900 kVt/s olan (təxminən 15 “Tesla” avtomobilində olduğu kimi) akkumulyatorlar təşkil edir. Layner hərəsi 850 at gücünə malik iki mühərriklə hərəkətə gətirilir.

 

Təyyarənin uzunluğu 12 m, qanadlarının eni 16 m təşkil edir.

 

Təyyarənin kifayət qədər geniş salonu var. Hər bir sərnişin üçün fırlanan və mobil telefonu yükləmək üçün paneli olan kreslo nəzərdə tutulur.

 

Təyyarədə 900 kVt/s enerji ilə təmin edən litium-ion akkumulyatoru quraşdırılıb. Bu, balaca elektromobilin batareyasından 22 dəfə güclüdür. 

 

Təyyarənin təxmini dəyəri 4 milyon dollardır. “Alice”də bir saatlıq üçuş təxminən 200 dollara başa gələcək, bu, adi təyyarədən təxminən 50 faiz azdır.

 

Akkumulyatorlar, hesablamalara görə, 3000 saat uçuşa kifayət etməli, sonradan əvəzlənməlidir.

 

Təyyarə 7 il ərzində işlənib hazırlanıb. Onun prototipi 2019-cu ildə Paris avtosalonunda anons edilib, yenilənmiş dizaynını isə “Eviation” şirkəti 2021-ci ilin iyununda təqdim edib.

 

“Eviation” şirkəti bu arada elektrik təyyarənin “Orca” adlandırılacaq pilotsuz versiyasının üzərində işləyir. Pilotsuz uçuş aparatı yük daşınma ilə məşğul olacaq. “Orca” prototipi üzərində iş gedir. 

 

2021-ci ilin oktyabrında şirkət uçan avtomobilin münasib qiymətlə satışı barədə elan verib.

Mənbə

Share: