Təbrizdən Tehrana gedən sərnişin avtobusu aşıb, 2 nəfər ölüb, 20 nəfər yaralanıb

Təbrizdən Tehrana gedən sərnişin avtobusu aşıb, 2 nəfər ölüb, 20 nəfər yaralanıb.

APA-nın Tehran bürosunun məlumatına görə, hadisə bu gün səhər Təbriz-Zəncan maqistral yolunda baş verib.

Məlumata görə, xəsarət alanların bir neçəsinin durumu çox ağırdır.
Son aylarda Şərqi Azərbaycan əyalətinin magistral yollarında qəzaların sayı artıb. Təbriz-Miyana-Zəncan maqistral yolu İranın ən çox qəza baş verən magistral yollarındandır.

Share: