Rus milyarderin superyaxtası satışa çıxarıldı

Qərbin sanksiyalarına məruz qalan rusiyalı milyarder İqor Kesayevə məxsus superyaxta satışa çıxarılıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

 

51 metr uzunluğunda olan “MySky” adlı yaxta 29,5 milyon avroya satılır.

 

Avropa İttifaqı (Aİ) və Böyük Britaniya aprel ayında Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Kesayevə sanksiya tətbiq edib. Aİ onun Rusiyada hərbi silah istehsalında iştirak etdiyini açıqlayıb.

 

Yaxta ABŞ şirkəti tərəfindən satışa çıxarılsa da, Birləşmiş Ştatlar Kesaevə sanksiya tətbiq etməyib.

 

Akif İsmayılov

Mənbə

Share: