İsraildə İordan çayının qərb sahilində naməlum şəxs avtobusa və bir avtomobilə atəş açıb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Ordusu özünün “Twitter” səhifəsində məlumat yayıb.
“Bu səhər Nablus şəhəri yaxınlığında bir avtomobilə və avtobusa atəşlə hücum edilib”, – məlumatda deyilir.
İnsident zamanı avtomobilin sürücüsü xəsarət alıb, ona tibbi yardım göstərilib. Hadisə yerinə gələn hərbçilər şübhəliləri axtarır.