Rusiyada son sutka ərzində 30 085 nəfər koronavirusa yoluxub.
Modern.az xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 21 049 027 nəfər çatıb.
Bundan əlavə, son sutka ərzində koronavirusdan 96 nəfər ölüb, 46 992 nəfər isə sağalıb.
Hazırkı dövrədək ölkədə koronavirusdan ölənlərin sayı 387 468 nəfər, sağalanların sayı isə 20 140 608 nəfər təşkil edir.