Kraliça II Yelizavetanın (Elizabeth) ölümündən sonra taxta çıxan İngiltərə kralı III Çarlzın portreti olan ilk sikkələr hazırlanıb.
Modern.az xəbər verir ki, yeni kralın portretinin əks olunduğu sikkələrin bir neçə həftə ərzində dövriyyəyə buraxılması gözlənilir.
Britaniyalı heykəltəraş Martin Cenninqsin (Martin Jennings) çəkdiyi portretə əsasən ilk 50 penslik sikkələr zərb edilib. Sikkələrdə Kraliça II Yelizavetadan fərqli olaraq, Kral Çarlz İngiltərənin digər kralları kimi tacsızdır.
“British Mint” xəbər verir ki, 50 pens gələn həftədən kolleksiyaçılar üçün satışa çıxarılacaq və ilin sonuna qədər ümumi istifadəyə veriləcək.
Məlumata görə, kraliça II Yelizavetanın portreti olan sikkələr dövriyyədən çıxarılmayacaq, bundan sonra da istifadə ediləcək.