Xalq artisti Röya Ayxan iki gün öncə dünyasını dəyişən müğənni Rəhim Rəhimlinin məzarını ziyarət edib.
Sənətçi bununla bağlı sosial şəbəkədə paylaşım edib.
“Səninlə tək vidalaşmaq istədim. Kimsəyə ziyanın dəymədi, özündən başqa. Çox heyif. Mən ən çox onu qoruya bilməyən, bir addım yaxınında olanlara sözümü desəm, yerinə düşər. Adam olsaydınız, o, çox yaşayardı. Sizi də bu gözləyir, bilin”, – Röya qeyd edib.
Xatırladaq ki, müğənni Rəhim Rəhimli 30 sentyabr gecə saatlarında ürəktutmasından vəfat edib.