“Bayraktar”ın Ukraynada istehsalı müzakirə edildi 

Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak Türkiyəyə səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

 

Səfər çərçivəsində o, “Bayraktar TB2” PUA-larını istehsal edən “Baykar” şirkətinin müəssisəsini ziyarət edib.

 

Yermak şirkət rəsmiləri Haluk və Selçuk Bayraktarla görüşüb. Tərəflər Ukraynada PUA istehsalı ilə bağlı məsələləri müzakirə ediblər.

Mənbə

Share: