Rusiya Duması Ukraynanın 4 regionu barədə qanunu təsdiqlədi

Rusiya Duması Ukraynanın 4 regionu barədə qanunu təsdiqlədi

Dövlət Duması bazar ertəsi keçirilən iclasında Ukraynanın işğal olunmuş 4 regionunun – Donetsk, Luqansk, Xerson və Zaporojyenin Rusiyaya birləşdirilməsi ilə bağlı dörd konstitusiya qanunu layihəsini yekdilliklə qəbul edib.


Modern.az TASS-a istinadən xəbər verir ki, sözügedən qanunlara görə, həmin regionların sakinləri sentyabrın 30-dan Rusiya vətəndaşı kimi tanınır


Sənədlərə əsasən, qondarma “Donetsk xalq respublikası” və “Luqansk xalq respublikası” Rusiyanın tərkibində bu statusla və adla qalacaq, dövlət dili rus dili olacaq. Xerson və Zaporojye ayrı-ayrı subyektlər kimi Rusiyanın tərkibində region statusunda qalacaqlar.

2023-cü il yanvarın 1-dən “DXR”, “LXR”, Xerson və Zaporojye vilayətlərində pul vahidi Rusiya rublu olacaq, 2022-ci ilin sonuna qədər regionlarda Ukrayna qrivnasının dövriyyəsinə icazə veriləcək.


Həmçinin, 2023-cü il yanvarın 1-dən Rusiya Federasiyasının büdcə qanunvericiliyi yeni regionlarda tətbiq ediləcək, yeni regionların büdcələri 2022-ci il dekabrın 15-dək təsdiqlənəcək.

Mənbə

Share: