Məhəmməd Hadi küçəsində su xəttində yenidən qəza baş verib

Bakının Xətai rayonunun Məhəmməd Hadi küçəsi, 51 ünvanında (Ukrayna dairəsi yaxınlığından) yolun altından keçən və “Azərsu” ASC-yə məxsus su xəttində yenidən qəza baş verib.

Bu barədə Milletinsesi.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün “Azərsu” ərazidə qazıntı işləri aparır. Sürücülərdən qeyd olunan ünvanda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 

Share: